SON XƏBƏRLƏR

Urmiyada koronavirus böhranı ilə bağlı səhra xəstəxanasını yaradılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Urmiyada koronavirus böhranı ilə bağlı səhra xəstəxanasını yaradılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Koronavirus böhranı Güney Azərbaycan əyalətlərində dərinləşərək davam edir.

 

Ötən günlərdə ölkənin digər əyalətlərinə nisbətən koronavirusun az yayıldığı deyilən Qərbi Azərbaycanda virusa yoluxanların sayı sürətlə artır.

 

Epidemiyanın daha çox yayılması və xəstəxana çatışmazlığı problemini nəzərə alaraq Urmiya şəhərində səhra xəstəxanası yaradılıb.

 

Hökumət rəsmilərinin verdiyi məlumata görə, şəhid Bakiri adlanan xəstəxana ilk 200 xəstə üçün nəzərdə tutulub, lakin lazım gəldikdə 1000 çarpayıyadək genişlənə  bilər.

 

Qeyd edək ki, son günlərdə Güney Azərbaycan əyalətlərində çox sayda insan koronavirus şübhəsi ilə xəstəxanalara müraciət edib. Artıq virusa yoluxduğu təsdiq edilən xəstələrin sayı yüzlərlədir. Əyalətlərdə koronavirusdan ölənlərin sayı gün keçdikcə artır. Qeyri-rəsmi mənbələr Güney Azərbaycan əyalətlərində sözügedən virusa yoluxanların sayının rəsmi statistikadan qat-qat çox olduğunu bildirir.

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar