SON XƏBƏRLƏR

Urmiyədə azərbaycanlı milli-mədəni fəal Əmin Zendedel saxlanılıb

2021.10.20, 07:36
Urmiyədə azərbaycanlı milli-mədəni fəal Əmin Zendedel saxlanılıb

Gunaz.tv

GünAz TV:  Azərbaycanlı milli-mədəni fəallardan biri Urmiyədə keçirilən son etiraz aksiyaları zamanı saxlanılıb.


Əmin Zendedel 2017-ci il dekabrın 31-də rejimin ədalətsizliyi, ayrı-seçkilik siyasəti və sosial-problemlərlə əlaqədar keçirilən aksiyada tutulub, o bu günə qədər qeyri-müəyyən vəziyyətdə saxlanlılır.


Bu müddətdə fəalın dosyesinə baxılmadığını deyən yaxınları, onun Urmiyə zindanında saxlandığını ehtimal edirlər.


İran rejiminə qarşı keçirilən son etiraz aksiyalarında onlarla azərbaycanlı milli-mədəni fəal və öyrənci saxlanılıb.


İranın müxtəlif şəhərlərində keçirilən aksiyalarda isə 2 mindən çox etirazçının tutulduğu bildirilir. Saxlanılan etirazçılar arasında 90 nəfərdən çox öyrənci var.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar