SON XƏBƏRLƏR

ÜST rəsmisi: "İranda koronavirusa yoluxanların sayı rəsmi statistikadan 5 dəfə çoxdur"

2021.10.20, 07:36
ÜST rəsmisi: "İranda koronavirusa yoluxanların sayı rəsmi statistikadan 5 dəfə çoxdur"

Gunaz.tv

GünAz TV: Ümumdünya Səhiyyə Təşkilatının Yaxın Şərq regionu üzrə şöbəsinin rəhbəri Rik Brennan bildirib ki, İranda koronavirusa yoluxanların sayı rəsmi statistikadan 5 dəfə çoxdur.

 

Ötən həftə İranda səfərdə olmuş rəsmi qeyd edib ki, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, İranda da korona testi yalnız vəziyyəti ağır olan şəxslərdən götürülür. O, bu səbəbdən İranda epidemiyaya yoluxanların sayının rəsmi statistikadan 5 dəfə çox, yəni 75 nəfər olduğunu deyib.

 

"İran ən yüksək səviyyədə koronavirusla mübarizə məsələsini ciddi qəbul edib. Lakin ölkənin bu istiqamətdə ən zəif tərəfi rəsmi statistikalarda real rəqəmlərin göstərilməməsidir. İran korona testi sahasində potensialını artırdığından, virusa yoluxduğu aşkar edilmiş şəxslərin sayları da qarşıdakı günlərdə kəskin dərəcədə artacaq", - deyə Rik Brennan fikrini tamamlayıb.

 

İran Səhiyyə Nazirliyinin dünən yaydığı son statistikaya görə, ölkədə koronavirusa yoluxanların sayı 14 min 991 nəfər, virusdan ölənlərin sayı isə 835 nəfərə yüksəlib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar