SON XƏBƏRLƏR

Vərziğanın “Süngün Misi” komandası Asiya çempionu oldu

2021.10.20, 07:36
Vərziğanın “Süngün Misi” komandası Asiya çempionu oldu

Gunaz.tv

GünAz TV : Vərziğanın “Süngün Misi” futzal komandası Vyetnam komandasına qalib gələrək Asiya kubokunun çempionu olub.

 

Yarış bazar günü, avqustun 12-də İndoneziyanın paytaxtı Cakkartada keçirilib.

 

“Süngün Misi”-“Tay Sun Nam” görüşü 4:2 hesabı ilə Güney Azərbaycan komandasının xeyirinə yekunlaşıb. Qollar Fərhad Fəxim (2 qol), Hüseyn Təyyebi və Əli Əsğər Həsənzadə tərəfindən vurulub.

 

Asiya kuboku 16 komandanın iştirakı ilə avqustun 2-dən Cakartada keçirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar