GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Xersonda yüzlərlə insan itkin düşüb
İran Rusiyaya "Şahed" istehsalı zavodunun tikintisinə kömək edir
“Körpü” verilişində müzakirə: “İranda qadınların son vəziyyəti” və “İranda tutuqlanan Azərbaycan vətəndaşları” -VİDEO
Bu ölkə Moskvadakı səfirliyini bağlayır
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
İran iki yeni AES-in tikintisinə başlayıb
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
"Qacarın yaratdığı fürsəti qaçırdıq"-İranlı sosioloq
İranda daha iki məhbus edam edildi
Türkiyə Kosovadakı NATO ordusuna rəhbərlik edəcək
Dövlətimizin başçısı Avropa İnvestisiya Bankı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə etdi, ölkəmizin Avropa İttifaqı ilə çox sıx əlaqələrinin olduğunu bildirdi.
Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi layihəsinin icrası prosesində Avropa İnvestisiya Bankının maliyyə tərəfdaşı kimi yaxından iştirakına görə təşəkkürünü ifadə etdi.
Azərbaycanın inkişaf gündəliyində duran rəqəmsal transformasiya, bərpaolunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi konsepsiyası haqqında məlumat verən dövlətimizin başçısı Avropa İnvestisiya Bankının hər üç sahə üzrə ölkəmizin yaxın tərəfdaşı ola biləcəyini dedi.
Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşlərini məmnunluqla xatırladı.
Dövlətimizin başçısı hazırda Azərbaycanın Avropa İttifaqının enerji təminatında oynadığı rolu, Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını qeyd etdi.
Azərbaycanın Avropanın enerji bazarına qaz ixracını artırdığını diqqətə çatdıran Prezident İlham Əliyev, həmçinin ölkəmizin Xəzər dənizinin Azərbaycan sektorunda və quruda böyük bərpaolunan enerji potensialına malik olduğunu vurğuladı.
Dövlətimizin başçısı bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini diqqətə çatdırdı, hazırda beynəlxalq tərəfdaş şirkətlərlə 25 qiqavatadək bərpaolunan enerji istehsalı ilə bağlı müxtəlif sənədlərin imzalandığını, bu istiqamətdə işlərin aparıldığını vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanın Orta Dəhliz üzərində yerləşən ölkə olaraq nəqliyyat-logistika potensialının daha da artırılması və azad ticarət zonasının yaradılması planları haqqında məlumat verərək, bu sahədə də əməkdaşlıq imkanlarının böyük olduğunu diqqətə çatdırdı, eyni zamanda, ölkəmizdə cəlbedici investisiya mühitinin yaradıldığını bildirdi.
Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer Prezident İlham Əliyev tərəfindən qeyd olunan strateji xəttin rəhbərlik etdiyi maliyyə qurumunun maliyyələşdirmə strategiyası, həmçinin Avropa İttifaqının da qəbul etdiyi “EU Global Gateway” strategiyasında nəzərdə tutulmuş hədəflər ilə tam uyğunluq təşkil etdiyini bildirdi və bu sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı.
O, Avropa İnvestisiya Bankının xüsusilə “Yaşıl enerji” konsepsiyasını yaxından dəstəklədiyini diqqətə çatdırdı.
Verner Hoyer Prezident İlham Əliyevin ölkənin maliyyə resurslarından müdrikliklə istifadə edərək Azərbaycanın uzunmüddətli inkişafına xidmət göstərən layihələrin icra olunduğunu vurğuladı. O, həmçinin Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rola görə təşəkkürünü ifadə etdi.
Görüşdə nümayəndə heyətləri səviyyəsində təmasların davam etdirilməsi və qarşılıqlı maraq doğuran birgə layihələrin müəyyənləşdirilməsi ilə bağlı razılıq əldə olundu. (azpost)
Ayxan
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
Oğluna Huntay adı qoymuş culfalı ana 5 ildir sənəd ala bilmir
Urmu sərhəd alayının zabiti öldürüldü
"Amerika ilə İran arasında hər hansı razılaşma yoxdur"-Con Kirbi
İsfahanın tarixi məscidləri çatlayır
ABŞ Ukraynaya 2 milayrdlıq silah verəcək
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə telefonla danışıb
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Rusiyaya çağırış edib
Güneyli fəal elektron qandalla sərbəst buraxıldı
İran prezidenti Təbrizə səfər edib
“Yeni nazir Ərdoğanın varisi ola bilər”-Politoloq
“Azərbaycan güneydəki soydaşlarımıza praktiki dəstəyi reallaşdıra bilər”-Politoloq
İranda rəzalət: Bəhailər ölülərini dəfn edə bilmir
“Parlaq gələcək”: “Azərbaycan-İraq əlaqələri necə olacaq” və “İran rejiminin Güney Azərbaycana hərtərəfli düşmənçiliyi” - VİDEO
“Dəyirmi masa”da müzakirə: “Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir”- VİDEO
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
“Sözümüz” verilişində müzakirə: “İran rejiminin Güney Azərbaycana qarşı basqıları”-VİDEO
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
İran prezidentinin Təbrizə səfəri planlaşdırılır
İran prezidenti Təbrizə səfər edib