SON XƏBƏRLƏR

Vyanada nüvə danışıqlarının bərpası üzrə görüş sona çatdı- AB nümayəndə heyətlərinə yekun mətni verib

2022.08.08, 18:08
Vyanada nüvə danışıqlarının bərpası üzrə görüş sona çatdı- AB nümayəndə heyətlərinə yekun mətni verib

Gunaz.tv

"Dörd gün işlədik və son mətn masa üstündədir. Danışıqlar başa çatıb və bu son mətndir. Bu bir daha müzakirə olunmayacaq"-deyə, "Fransa xəbər agentliyinin verdiyi məlumata görə, adının çəkilməsini istəməyən nümayəndə bildirib.

Bu bəyanatlara görə, görünən odur ki, danışıqlarda əsas nümayəndə heyətləri, yəni İran və Amerika Avropa Birliyinin yekun mətninə yalnız öz müsbət və ya mənfi cavablarını verməlidirlər və danışıqlar bərpa olunmayacaq.

"Politiko" jurnalının təhlilçisi Vyanada yaşayan müstəqil jurnalist Stefani Lixtenşteyn özünün tvitter hesabında Avropa rəsmisinə istinadən danışıqların sona çatdığını, Avropa Birliyinin mümkün olan ən yaxşı razılaşmanı müzakirə etdiyini yazıb.

Aİ rəsmisi bu mətnlə razılaşmağın danışıqlar aparan tərəflərin ixtiyarında olduğunu söyləyib.

Bu arada İran Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, AB-nin müzakirəçisi Enrike Mora qalan məsələlərlə bağlı nümayəndə heyətlərinə ideyalar təqdim edib.

İranlı jurnalist Abbas Aslaninin yaydığ tvitə görə, adı açıqlanmayan İran rəsmisi "ideyaları alan kimi ilkin cavab və mülahizələrimizi təqdim etdik. Amma bunların hərtərəfli nəzərdən keçirilməsinə ehtiyac var və biz digər fikirlərimizi danışıqların koordinatoruna və başqalarına çatdıracağıq"-deyə, bildirib.

Qeyd edək ki, danışıqlarda iştirak edən tərəflərin nümayəndə heyətləri, o cümlədən İran nümayəndələri yeni yekun mətni yüksək vəzifəli şəxslərə təqdim edərək nüvə sazişi ilə bağlı siyasi qərarlar qəbul etmək üçün iyulun 8-i axşam saatlarında Viyananı tərk ediblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar