SON XƏBƏRLƏR

Z.Bjezinski: “Rusiya BTC ixrac kəmərinə nəzarəti ələ keçirmək üçün Gürcüstanda stabilliyi pozmaq istəyir”

2021.10.20, 07:36
Z.Bjezinski: “Rusiya BTC ixrac kəmərinə nəzarəti ələ keçirmək üçün Gürcüstanda stabilliyi pozmaq istəyir”

Gunaz.tv
Z.Bjezinski: “Rusiya BTC ixrac kəmərinə nəzarəti ələ keçirmək üçün Gürcüstanda stabilliyi pozmaq istəyir” 20080613113114_1.jpg “Rusiya Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinə nəzarəti ələ keçirmək üçün Gürcüstanda stabilliyi pozmaq istəyir”. Bu bəyanatla ABŞ-ın sabiq prezidenti Cimmi Karterin müşaviri vəzifəsində çalışmış məşhur politoloq Zbiqnev Bjezinski çıxış edib. Onun sözlərinə görə, ABŞ son zamanlar Rusiyanın Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinə nəzarəti ələ keçirmək meyllərinin artdığını müşahidə edib: “Əgər Gürcüstan hökumətində stabillik pozulsa, Qərbin Bakıya və Xəzər hövzəsinə çıxışı məhdudlaşacaq”. Rusiyanın Avrasiyanın enerji bazarında addımlarını dəyərləndirən Zbiqnev Bjezinski Moskvanın bu bazarı tam inhisarına almaq niyyətində olduğunu bildirib: “Moskva bunun üçün əlində olan bütün siyasi və iqtisadi rıçaqlardan, o cümlədən Avropa və Baltikyanı ölkələri enerji daşıyıcılarının nəqlindən məhrum etmək variantından istifadə edir. Rusiya aktiv şəkildə Mərkəzi Asiya regionunu dünya iqtisadiyyatına birbaşa çıxışdan təcrid etmək niyyətindədir”. Politoloq Rusiyanın bu addımlarına cavab olaraq Qərb ölkələrinin Mərkəzi Asiyanın enerji resurslarına çıxışının genişləndirilməsini və alternativ kəmərlər şəbəkəsinin tikintisini təklif edib: “Bu kontekstdə Mərkəzi Asiyadan Əfqanıstandan keçməklə cənuba doğru yeni kəmərin çəkilişi imkanları araşdırılmalı, dünyanın Mərkəzi Asiyanın enerji resurslarına çıxış imkanları artırılmalıdır. Biz Baltikyanı ölkələr, İsveç və Polşanın “Şimal axını” kəməri ilə bağlı narahatlığına şərik oluruq”. Amerikalı politoloq Rusiyanın şıltaqlıqlarına boyun əyən avropalı dövlət başçılarını ciddi şəkildə tənqid edib: “Bir müddət əvvəl yenidən hökumətə rəhbərlik etmək şansı qazanan bir italiyalı baş nazir Putinin qarşısında əyilməyi rəsmən idmana çevirib. Bundan başqa Yunanıstanda da bəzi qüvvələr Rusiyanın enerji sektorunda çıxardığı oyunlara simpatiya ilə yanaşırlar. Bu sıraya Almaniyanın sabiq kanslerini də daxil etmək olar. Macarıstanda bir hökumət var ki, çox qəribə şəkildə Rusiyanın əmrlərinə tabe olurlar və bu hökumətin mövqeyi “Nabucco” layihəsinə ciddi zərbə vurur. Və bu yaxınlarda Avstriya hökumətinin bəzi maliyyə maraqlarını gizlətmədiyinin şahidi olduq” APA 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar