SON XƏBƏRLƏR

“Azərbaycanın Qarabağda anti-terror əməliyyatları keçirmək hüququ var”-Millət vəkili

2022.02.17, 05:43
“Azərbaycanın Qarabağda anti-terror əməliyyatları keçirmək hüququ var”-Millət vəkili

Gunaz.tv

Burada haqlı olaraq bir neçə sual yaranır. Bu təlimlər kimə qarşı keçirilir? Məqsəd nədir? Separatçılar yenidən müharibəyə hazırlaşırlarmı? 44 günlük savaşın nəticələri onlara yaxşı düşünmək üçün yetərli olmadımı?
 

Məsələyə münasibət bildirən deputat Ceyhun Məmmədli bildirib ki, Xankəndiyə guya hansısa təhlükənin olması və mülki əhalinin buna hazırlanması yalnız və yalnız avantüradır və erməni propaqandasına xidmət edir.

“Azərbaycan dəfələrlə bu barədə mövqeyini ifadə edib. Azərbaycan bölgəyə sülhün gəlməsini, yekun sülh müqaviləsinin imzalanmasını, bölgə xalqlarının birgə sülh və əmin-amanlıq şəraitində yaşamasını istəyir. Əgər separatçılar 44 gündə başlarına gələnlərdən nəticə çıxarmayıb müharibə istəyirlərsə, Azərbaycan buna hər an hazırdır.

Ermənilər bu təxribatların hansı nəticələrə gətirə biləcəyini yaxşı bilirlər. 44 günlük müharibədə Azərbaycan bunu Ermənistana göstərdi. Bu yaraların sağalması üçün illər lazımdır.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə separatçılara xatırladıb ki, “dəmir yumruq” hər an yerindədir. Ermənilər bunu unutmamalıdırlar. Belə davam etsə “dəmir yumruq” yenidən işə düşəcək”.

1645076438_274037995_10227066925403509_8669536418064965818_n.jpg
C.Məmmədov deyir ki, cəmiyyətdə haqlı narazılıq yaradan və düşündürən digər bir sual isə odur ki, bəs Rusiya sülhməramlıları hara baxır, niyə belə təxribatlara yol verirlər, niyə ciddi ölçü götürmürlər? Başları yoxsa humanitar aksiyalara qarışıb?


“Onların əsas vəzifəsi belə halların baş verməsinin qarşısını almaqdır. Bölgəyə də bu məqsədlə gəliblər. Əgər onlar bu təxribatların qarşısını almaqda acizdirlərsə, Azərbaycan özü təxribatçıları cəzalandırmaq üçün geniş imkanlara malikdir. Bunun üçün əlimizdə kifayət qədər imkan və əsaslar var

Separatçılar bu təxribatlara mütləq son qoymalı, sülhməramlılar da belə halların qarşısının qətiyyətlə almalıdırlar. Əks halda, məsuliyyəti ermənilər daşıyırlar. Azərbaycanın öz ərazilərində anti-terror əməliyyatları keçirmək hüququ var”. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar