SON XƏBƏRLƏR

Güneyli fəal Məleykə Qaragözlü müvəqqəti azadlığa buraxılıb

2022.08.25, 05:43
Güneyli fəal Məleykə Qaragözlü müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

"Əllamə Təbatəbayi" Universitetinin jurnalistika fakültəsinin öyrəncisi, gənc fəal Məleykə Qaragözlü avqustun 24-də 1 milyard 600 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Bir neçə gün bundan öncə Qaragözlünün vəkili Məhəmmədəli Kamfiruzi müvəkkilinin həbsinin qanunsuz olduğunu deyib.

O, bunu insan haqları prinsiplərinin kobudca pozulması adlandırıb.

Məleykə Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

O, bundan öncə 2019-cu il oktyabrın 18-də Tehran Universitetinin qarşısında keçirilən etiraz aksiyaları zamanı da saxlanılıb və 6 ay həbs cəzasına məhkum edilərək Evin zindanına köçürülüb.

Cavidan  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar