SON XƏBƏRLƏR

Zəncanda hökumət qüvvələri qəzəbli etirazçıların əlindən qaçmaq məcburiyyətində qalıblar- VİDEO

2021.10.20, 07:36
Zəncanda hökumət qüvvələri qəzəbli etirazçıların əlindən qaçmaq məcburiyyətində qalıblar- VİDEO

Gunaz.tv

GünAzTV: Dekabrın 30-u axşam saatlarında Güney Azərbaycanın Zəncan şəhərində on minlərlə insanın hakimiyyətə qarşı qatıldığı etirazlarda, motosiklet sürən yaraqlı hökumət qüvvələri azərbaycanlı aksiyaçıların qəzəbindən vahiməyə düşərək qaçmaq məcburiyyətində qalıblar.

 

Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videolardan birində, hökumət hüquq-mühafizə qüvvələrinin xüsusi təyinatlı əməkdaşlarının qorxuya düşərək aksiyaçıların əlindən qaçması öz əksini tapıb. Həmin videoda, azərbaycanlı etirazçılar  “Bişərəf, Bişərəf” şüarı səsləndirərək rejim muzdlularını qaçmağa vadar edirlər.

 

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.

 

İranın 20-dən çox şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, rejimin müdaxiləçi daxili və xarici siyasətinə qarşı keçirilən etirazlarda dini lideri Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Xalq etirazları səngimədən davam edir.

 

VİDEO:   

 

https://www.youtube.com/watch?v=7DL0_HCXIfM

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar