SON XƏBƏRLƏR

Zəncanda keçirilən mərasimdə Azərbaycan Respublikasının əleyhinə məddahlıq... - VİDEO

2021.10.20, 07:36
Zəncanda keçirilən mərasimdə Azərbaycan Respublikasının əleyhinə məddahlıq... - VİDEO

Gunaz.tv

GünAz TV: İran rejimi noyabrın 30-u Zəncan şəhərində iki il öncə Azərbaycanın Nardaran qəsəbəsində polis əməliyyatı zamanı öldürülən islamçı ekstremistlərlə bağlı anım mərasimi keçirib.

 

Mərasimdə sözdə əhli-beyt məddahı kimi çıxış edən İran rejiminə bağlı Mehdi Rəsuli etdiyi mərsiyyədə Azərbaycanın ünvanına sərt və təhrikedici sözlər səsləndirib.

 

M.Rəsuli bundan öncə oktyabrın 29-da fars şiəliyinin məddahlıq vasitəsi ilə Azərbaycan Respublikasına ötürülməsindən söz açmışdır.

 

Videoda göründüyü kimi, məddahın dilə gətirdiyi şeirlərdə Nardaran qəsəbəsi əhalisinə dövlətə qarşı mübarizə və müqavimət təlqin olunur. Məddah dünyəvi hökumətləri zalim və Yəzid sülaləsinə oxşadaraq əhaliyə nə zamansa onlara qalib gələcəklərini vəd edir.

 

M.Rəsuli rejim tərəfdarlarının köhnə ənənəsinə sadiq qalaraq İsrail ünvanına da radikal fikirlər səsləndirib.

 

Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra hər zaman dostluq və qonşuluq prinsiplərinə sadiq qalaraq İranla normal münasibətlərə üstünlük verib, lakin İran rejimi Azərbaycana qarşı düşmən mövqe sərgiləyib.  İran Azərbaycanda dini ekstremist qruplar yetişdirmək, ölkəyə casuslar göndərmək, işğalçı Ermənistana yardım etmək, və s. kimi təxribatçı hərəkətləri ilə Azərbaycan Respublikasını zəiflətməyə və ölkə daxilində qarşıdurma yaratmağa çalışır.

 

İran rejiminin noyabrın 30-u Zəncanın Şöhəda Hüseyniyyəsində keçirdiyi mərasimdə Azərbaycan Respublikasından dəvət olunmuş “Mübariz Ruhanilər Cəmiyyəti”nin rəhbəri Tövhid İbrahimbəyli geniş məruzə ilə çıxış etmişdir. İsrail və Amerika Birləşmiş Ştatlarını (ABŞ) hədəfə alan T.İbrahimbəyli öz ölkəsi Azərbaycan Respublikasının dünyəvi sisteminə qarşı da əsassız ittihamlar irəli sürmüşdür.

 

https://www.youtube.com/watch?time_continue=3&v=Ws-6eDdG8Q4

 

 

N.S

   

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar