SON XƏBƏRLƏR

Zərif: “Nüvə sazişinin imkanlarından bəhrələnmədən, hazırkı vəziyyətin davam etməsi mümkün deyil”

2021.10.20, 07:36
Zərif: “Nüvə sazişinin imkanlarından bəhrələnmədən, hazırkı vəziyyətin davam etməsi mümkün deyil”

Gunaz.tv

GünAzTV: İran xarici işlər naziri Məhəmmədcavad Zərif, noyabrın 19-da İrana səfər edən Britaniyalı həmkarı Ceremi Hantla görüşündən sonra jurnalistlərə açıqlamasında nüvə sazişindən və Avropa şirkətlərinin İranla ticarət əlaqələrinin zəifliyindən danışıb.

 

Amerikanın İrana qarşı sanksiyalarından sonra Avropa ölkələrinin İranla ticarət əlaqələrinin genişləndirilməsinə kifayət qədər yardım göstərməməsindən gileylənən Zərif bildirib ki, vəziyyətin belə davam etməsi İrana sərf etmiyəcək: “Hesab edirik ki, nüvə sazişinin imkanlarından bəhrələnmədən, indiki vəziyyətin davam etməsi mümkün deyil. Rəsmi Tehran, Avropa Birliyinin İranla ticarət əlaqələrini davam etdirməyə meyilli olan Avropa şirkətlərinə lazımı qədər yardım göstərməməsindən məyus olub.

 

Baxmayaraq ki, Avropa Birliyi bu barədə üzərinə siyasi öhdəlik götürüb, lakin onun üzərinə götürdüyü öhdəliklərə çox ləng əməl etməsi bizdə təəssüf hissi doğurur. Bu isə qəbuledilməzdir”.

 

A.M

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar