Füzulidə yeni hərbi obyektlər istifadəyə verilib - VİDEO

18.01.2022, 16:02

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Gunaz.tv Quote | Gunaz article

Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Füzuli rayonunda yeni inşa edilən modul tipli infrastrukturun açılışında olub.

Məruzə olunub ki, döyüş mövqelərində inşa edilən modul tipli yerləşmə məntəqələrində şəxsi heyətin bütün zəruri ehtiyacları qarşılanıb. Bu məntəqələrdə silah otağı, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, eləcə də istilik sobaları ilə təchiz edilmiş yataqxana mövcuddur.

Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Bundan əlavə, burada avtomobil parkı, hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili üçün idman şəhərciyi, mini futbol meydançası salınıb. Bölmənin ərazisində abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib.

General-leytenant N. Osmanov şəxsi heyətin döyüş və maddi-texniki təminatı ilə maraqlanıb, xidmətlərində uğurlar arzulayıb. Nazir müavini, həmçinin müdafiə nazirinin aidiyyəti üzrə müvafiq tapşırıqlarını şəxsi heyətə çatdırıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.

Sonda nazir müavini Müdafiə Nazirliyinin mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bölməsində yeni inşa olunan qərargah binasının açılışında iştirak edib. Burada hərbi qulluqçular üçün yaradılan şəraitlə, eyni zamanda, ərzaq məhsullarının anbara qəbulu, saxlanılması və qoşunlara paylanılması prosesi ilə yaxından tanış olub. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Pentaqon: ABŞ Ukraynaya uzaqvuran silah əldə etməyə kömək edir

2022-05-21

gun az article

Məşhədin cümə imamı hicabsızlara qarşı sərt davranmağa çağırıb

2022-05-21

gun az article

İsrail Suriyada İran bazalarına raket zərbələri endirib

2022-05-21

gun az article

Human Rights Watch: "İran hökuməti növbəti dəfə etirazçılara qarşı zorakılığa əl atıb"

2022-05-21

gun az article

“Sepah”ın hərbi texnikası partlayıb

2022-05-21

gun az article

Türkiyə Pakistan üçün hərbi gəmi inşa etdi

2022-05-20

gun az article

Almaniya Ukraynaya yeni müdafiə silahları verəcək

2022-05-20

gun az article

Ceyhun Bayramov Macarıstanın XİN başçısı ilə görüşüb

2022-05-20

gun az article

Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayrılıb

2022-05-20

gun az article

Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilib

2022-05-20

gun az article

Fond direktoru: “Qarabağın mədəni irs abidələrinin çoxu dağıdılıb"

2022-05-20

gun az article

İranın təhlükəsizlik naziri etirazçıları hədələdi

2022-05-20

gun az article

DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib

2022-05-20

gun az article

Tanınmış din xadimi və hüquqşünas İran hökumətini tənqid edib

2022-05-20

gun az article

ETTELAAT idmançı Əmin Bərzgəri qətlə yetirib

2022-05-20

gun az article

Kərəcdə media fəalı həbs edilib

2022-05-20

gun az article

"İranda molla qıtlığı yaranıb"-Tehranın cümə imamı

2022-05-20

gun az article

Müharibənin son və qanlı mərhələsindəyik - Zelenski

2022-05-20

gun az article

Almaniya Ukrayna büdcəsini dəstəkləmək üçün bir milyard avro ayıracaq

2022-05-20

gun az article

Makron: "Müharibə Ukrayna ilə qonşu ölkələrə də yayıla bilər"

2022-05-20