SON XƏBƏRLƏR

Ermənistan Prezidenti qondarma rejimin qurumlarının fəaliyyətini mənasız hesab edir

2023.11.28, 11:53
Ermənistan Prezidenti qondarma rejimin qurumlarının fəaliyyətini mənasız hesab edir

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Qarabağda ləğv olunmuş qondarma rejimin “dövlət qurumları”nın saxlanmasını məqsədəuyğun hesab etmir.

Gunaz.tv

“Sputnik Armenia” xəbər verir ki, Ermənistan dövlət başçısının sözlərinə görə, Ermənistan Respublikası var və onun dövlət qurumları fəaliyyət göstərir.

“Bu qurumlar nə üçün, nə fəaliyyət göstərəcək?”, - o vurğulayıb.

Eyni zamanda, İrəvan Qarabağ ermənilərinin hüquqlarını qoruyur.

Xaçatryan bildirib ki, Qarabağı könüllü tərk edən erməni sakinlərin oraya qayıtması məsələsi müzakirə olunur.

Ermənistan Prezidenti onu da əlavə edib ki, hazırkı hakimiyyət Qarabağı təslim etməyib və Qarabağ hələ 1991-ci ildə Azərbaycanın tərkib hissəsi kimi tanınıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar