SON XƏBƏRLƏR

İbrahim Asmanidən 26 gündür xəbər yoxdur: Güney Azərbaycanlı fəalın vəziyyəti ilə bağlı narahatlıq artır

2026.11.28, 17:35
İbrahim Asmanidən 26 gündür xəbər yoxdur: Güney Azərbaycanlı fəalın vəziyyəti ilə bağlı narahatlıq artır

Gunaz.tv

İbrahim Asmaninin saxlanılmasından 26 gün keçməsinə baxmayaraq, onun hazırkı vəziyyəti, saxlanma şəraiti və harada tutulması barədə hələ də heç bir dəqiq məlumat yoxdur. Bu vəziyyət Azərbaycan Milli Hərəkatının fəalının taleyi ilə bağlı narahatlıqları artırıb.

İbrahim Asmani 2026-cı il noyabrın 2-də təhlükəsizlik qüvvələrinin evinə basqın etməsindən sonra, hər hansı məhkəmə qərarı təqdim olunmadan saxlanılıb. O, bundan əvvəl 30 ay həbs cəzasına məhkum edilmiş və cəzasını elektron qolbaq vasitəsilə ev dustaqlığında çəkirdi.

Güney Azərbaycanlı fəal saxlanıldıqdan sonra İran Kəşfiyyat Nazirliyinin təcridxanasına aparılıb. Aradan 26 gün keçməsinə baxmayaraq, o, hələ də həbsxanaya köçürülməyib.

Məlumatlara görə, təhlükəsizlik qüvvələri onun saxlanılması xəbərinin mediada yayılmasının qarşısını almaq məqsədilə İbrahim Asmaninin ailə üzvlərini də təhdid ediblər.

Fəalın taleyi, saxlanıldığı yer və saxlanma şəraiti barədə məlumat verilməməsi onun hüquqi vəziyyəti və sağlamlığı ilə bağlı narahatlıqları daha da artırır.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar