SON XƏBƏRLƏR

Sistan-Bəlucistanda yerli SEPAH komandiri güllələnərək öldürülüb

2026.11.28, 20:33
Sistan-Bəlucistanda yerli SEPAH komandiri güllələnərək öldürülüb

Sistan və Bəlucistan əyalətində yerli İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri naməlum silahlı şəxslər tərəfindən güllələnərək öldürülüb.

Gunaz.tv

Bu barədə şənbə günü Haalvsh hüquq müdafiə təşkilatı məlumat yayıb.

Haalvsh-in məlumatına görə, Molla Bəşir kimi tanınan Bəşir Səlahzehi Sərbaz rayonunda Mələkabad və Şişkan yaşayış məntəqələri arasında hərəkət edərkən öldürülüb.

Təşkilat bildirib ki, Səlahzehi yerli SEPAH komandiri olub və hərbi quruma bağlı mobil bazaya rəhbərlik edib.

İran dövlət mediası da onun ölümünü təsdiqləyib və Səlahzehini sünni din xadimi kimi təqdim edib. Yerli polis isə iki naməlum motosikletçinin ona atəş açdıqdan sonra hadisə yerindən qaçdığını bildirib.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar