SON XƏBƏRLƏR

Zəncanda yüksək rütbəli zabitlər qəzada öldü

2023.12.01, 12:26
Zəncanda yüksək rütbəli zabitlər qəzada öldü

Zəncan əyalətinin Əbhər-Qeydar yolunda ağır yol nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

Gunaz.tv

Bu barədə Zəncan əyalətinin Yol Polisi idarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ölənlərdən ikisi yüksək rütbəli polis zabitidir.

Zabitlərin kimliyi və vəzifələri barədə açıqlama verilməyib.

Qeyd edək ki, ötən bir il ərzində İranda 19490 nəfər yol qəzaları nəticəsində ölüb.

Bunun əsas amillərinin daxildə istehsal olunan avtomobillərin keyfiyyətsizliyi, eləcə də,  İran yollarının keyfiyyətinin aşağı olması ilə əalqələli olduğu bildirilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar