SON XƏBƏRLƏR

" Fransa açıq-aşkar Azərbaycana qarşı diplomatik müharibə aparır"

2023.12.28, 12:19
" Fransa açıq-aşkar Azərbaycana qarşı diplomatik müharibə aparır"

Sentyabr hadisələrindən sonra Qərb ölkələri, xüsusən Fransa bizə münasibətdə ikili standartlarla yanaşır.

Gunaz.tv

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, Fransa açıq-aşkar Azərbaycana qarşı diplomatik müharibə aparır:

“Fransa tərəfindən Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında 3 dəfə sənəd irəli sürülüb və uğursuz olub.

Son dəfə iyul ayında irəli sürmüşdülər. Bu gərginliyi biz yaratmamışıq, onlar yaradıb.

Burada təkcə erməni diasporu məsələsi deyil, başqa məsələlər, Türkiyə ilə münasibətlər də rol oynayır. Məndə olan məlumata görə bəzi fransız diplomatları bu siyasəti dəstəkləmirlər.

Bu, Fransa siyasi rəhbərliyinin seçimidir”- Fərid Şəfiyev bildirib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar