SON XƏBƏRLƏR

Kanada İranın 12 universitet və tədqiqat müəssisəsinə büdcə ayırmasını dayandırıb

2024.01.17, 14:19
Kanada İranın 12 universitet və tədqiqat müəssisəsinə büdcə ayırmasını dayandırıb

Kanada dövləti bu barədə məlumat yayaraq bundan sonra İranda, Çin və Rusiyada onlarla universitet və laboratoriyalarda elmi tədqiqata gərəkən maliyyəni təmin etməyəcək.  

Gunaz.tv

Yanvarın 16-sı nəşr edilmiş bəyanatda maliyyə ayrılması dayandırılmış 11 önəmli və strateji tədqiqat sahəsi, o cümlədən süni intellekt, data texnologiyası, kvant və hava-kosmos elmləri, habelə peyk sistemləri qeyd olunub. 

Siyahıda İranın 12 universitet və tədqiqat müəssisəsinin, o cümlədən İranın önəmli sayılan Şərif adına Sənaye Universitetinin adı çəkilib. 

Ottavanın bu qərarına əsasən Kanadanın elmi qurumları bu ölkənin büdcə təmini dalınca olan həmin müəssisələrin tədqiqatçıları ilə əlaqə saxlamaqdan çəkinməlidirlər. 

“Toronto Star” qəzetinin bildirməsinə istinadən Tehranın Behişti adına Univeristeti, İranın Pastor İnstitutu və digər 9 universitet və aradrıma müəssisəsi siyahıya daxildir. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar