SON XƏBƏRLƏR

İranın himayə etdiyi diviziyanın terroristi Pakistanda saxlanılıb

2024.01.22, 10:56
İranın himayə etdiyi diviziyanın terroristi Pakistanda saxlanılıb

Tehranın dəstəklədiyi Zeynəbiyyun Diviziyasının təlimlər keçirilmiş terroristi Pakistanın Sind Əyalətində saxlanılıb.

Gunaz.tv

Əyalətin Terrorizmlə Mübarizə İdarəsi saxlanılan terroristin Kəraçinin “Sərbaz Bazarı” rayonunda aparılan əməliyyatda saxlanıldığını bildirib. 

İdarənin bəyanatına istinadən Məhəmməd Mehdi “düşmənçilik mövqeyində olan qonşu ölkənin təhlükəsizlik idarəsinə” önəmli informasiyalar toplayırmış.  

Onun, həmçinin Pakistanın baş müftisi Tağı Osmaniyə qəsd aktinda birbaşa rolu olub. 

Osmani Pakistanın Ali Məhkəməsinin keçmiş hakimi və İslami Əməkdaşlıq Təşkilatının Beynəxlaq Akademiyasının üzvü olub. 

Saxlanılan terrorist digər iki əməkdaşı Rza Cəfəri və Abid Rza ilə birgə Kəraçidə dini firqələrin məşhur şəxsiyyətlərinə qarşı qəsdlərdə iştirak etdiklərini etiraf edib. 

Məhəmməd Mehdi öz evində silah və partlayıcı maddələr saxlayıb və silah alış-verişində fəaliyyəti göstərib.

Xatırladaq ki,  əsasən pakistanlı şiələrdən ibarət olmaqla Zeynəbiyyun Diviziyasını SEPAH yaradıb və onlardan Suriya müharibəsində ölkənin presidenti Bəşar Əsədi müdafiə üçün istifadə edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar