SON XƏBƏRLƏR

11 yaşlı şagird döyülüb

2024.01.29, 11:57
11 yaşlı şagird döyülüb

İcbari hicaba güya riayət etmədiyinə görə məktəbin sinif rəhbəri 11 yaşlı şagirdi döyərək ona təhqiredici söyüşlər ünvanlayıb.

Gunaz.tv

Tehran şəhəri Dərbənd məhəlləsindəki qız uşaqları üzrə məktəbin sinif rəhbəri 11 yaşlı qızcığazı güya “hicaba riayət etmədiyinə” görə döyüb. 

Məlumata əsasən, uşaq bu hərəktdən qorxuya düşdüyünə və sarsıntı keçirdiyinə görə 1-2 həftə məktəbə gedə bilməyib.   

Şagirdin anasının bildirməsinə istinadən, qızı yanvarın 28-də hadisə günü idman fənni bitdikdən sonra idman alətlərini yışğıdırmağa başlayıb. 

Bu zaman özü də istəmədən saç örtüyü başından düşüb. Məktəbin sinif rəhbəri qəfil hücum edərək qızını “boyun nahiyəsindən vuraraq” ona təhqirli söyüşlər söyüb. 

Uşağın anası polis bölməsinə şikayət etməklə, qızının barəsində məhkəmə ekspertizası təyin olunub. 

Ekspertizanın rəyinə əsasən bildirilib ki,  “qızınız psixoloji patologiyaya məruz qalıb” və “trapevt nəzartinə götürülməlidir”. 

Qızın anasının məlumatına istinadən, sinif rəhbəri işdən qovulub.

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar