Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilib.
Hesabata əsasən, alyansın kvotaları olan 18 üzv ölkəsi yanvar ayında gündəlik 35,07 mln. barel neft hasil edib, dekabr ayında isə bu göstərici 35,9 mln. təşkil edib. Beləliklə, “OPEC+” üzrə dekabr ayında gündəlik neft hasilatı 220 min barel azalıb.
Qeyd olunub ki, kvota tətbiq edilən 18 istehsalçının hasilatı sutkada planlaşdırılan 34,32 mln. barel həddini 550 min barel üstələyib.
Xatırladaq ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.