SON XƏBƏRLƏR

Rusiya donanmasına yeni nüvə sualtı qayığı əlavə edib

2026.11.28, 23:37
Rusiya donanmasına yeni nüvə sualtı qayığı əlavə edib

Gunaz.tv

Rusiya Hərbi Dəniz Qüvvələri cümə günü “Perm” adlı nüvə sualtı qayığını xidmətə qəbul edib. Bu, ölkənin hipersəs sürətli “Zirkon” raketlərinin buraxılması üçün standart şəkildə təchiz edilmiş ilk sualtı qayığıdır.

Rusiya prezidenti Vladimir Putin sualtı qayığın bayrağının qaldırılması mərasimində iştirak etmək üçün Severodvinsk şəhərinə gedib. O, “Yasen-M” sinifli sualtı qayıqları Rusiyanın dəniz qüdrətinin mühüm tərkib hissəsi adlandırıb.

Putin 2030-cu ilədək Rusiya donanmasına raket daşıyıcısı olan beş sualtı qayığın təhvil veriləcəyini, onlardan üçünün “Yasen-M” sinfinə aid olacağını bildirib.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar