SON XƏBƏRLƏR

Bayram tətilində İranda yol qəzalarında ölənlərin sayı açıqlandı

2024.03.24, 10:43
Bayram tətilində İranda yol qəzalarında ölənlərin sayı açıqlandı

Son bir həftəərzində İran yollarında baş verən yol qəzaları nəticəsində 417 nəfər həlak olub.

Gunaz.tv

Bu barədə İran Yol Polisinin rəhbəri Həsən Mömüni məlumat verib.

O, eyni müddət ərzində daha 11392 nəfərin müxtəlif bədən xəsarətləri aldıqlarını deyib.

Bir neçə gün əvvəl yayılan məlumatda İranda hər il yol qəzalarında təxminən 20 min nəfərin öldüyü bildirilib.

Bu, 27 ölkədən ibarət 448 milyon nəfər əhalisi olan Avropa Birliyində il ərzində yol qəzalarında ölənlərin sayı ilə eynidir.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar