SON XƏBƏRLƏR

"İran tərəfindən hər hansı hücum cəhdi olarsa qətiyyətlə cavab verəcəyik"- İsrail

2024.04.05, 10:41
"İran tərəfindən hər hansı hücum cəhdi olarsa qətiyyətlə cavab verəcəyik"- İsrail

Aksios saytı İsrail rəsmilərinə istinadən bildirib ki, İran aprelin 1-i Dəməşqdə konsulluğuna olunmuş həmlənin əvəzini açmaq istəsə kəskin reaksiya ilə qarşılanacaq.

Gunaz.tv

İsrail rəsmiləri Təl-Əvivin maraqlarına İran tərəfindən ehtimal olaraq həmlə olunarsa bölgədə cari gərginliklərin artması ilə nəticələnəcəyi deyiblər.

Xatırladaq ki, baş nazir Benyamin Netanyahu aprelin 3-ü deyib: “İran illərlə İsrailə qarşı birbaşa və proksi qüvvələrinin vasitəsi ilə hərəkət edib. 

Bu səbəbdən müdafiə olunmaqla yanaşı İranın əleyhinə hücum mövqeyi də tutucağıq”

ABŞ prezidenti Co Bayden həmin tarixdə Netanyahu ilə telefon danışığında tam aydın  şəkildə deyib ki, ABŞ İsraili İranla qarşıdurmada dəstəkləyəcək.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar