SON XƏBƏRLƏR

Türkmən fəal helikoper qəzası barədə paylaşımına görə həbs edildi

2024.05.21, 14:46
Türkmən fəal helikoper qəzası barədə paylaşımına görə həbs edildi

Quçan şəhərində yaşayan sosial media fəalı Rza Bəbrnəjad həbs edilib.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında təhlükəsizlik məmurları türkmən fəalın yaşadığı evə basqın edərək onu özləri ilə aparıblar.

Rza Bəbrnəjad İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması barədəki paylaşımına görə saxlanılıb.

Rza Bəbrnəjadın qardaşı Mehdi Bəbrnəjad 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyaları zamanı polislər tərəfindən güllələnərək öldürülüb.

Onun özü isə dinc fəaliyyətlərinə görə bir neçə dəfə təqib və təzyiqlərə məruz qalıb.

Qeyd edək ki, helikopter qəzasından sonra İran Polis Komandanlığı media və sosial media fəallarına xəbərdarlıq müraciəti yayıb.

Onlardan dövlət qurumları və mediasının məlumatlarından qıraq məlumat yaymamağı tələb edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar