SON XƏBƏRLƏR

Türkiyə mediası - İran PKK-ya hərbi texnika verib

2024.06.11, 00:06
Türkiyə mediası - İran PKK-ya hərbi texnika verib

İran PKK-ya 50 kamikadze pilotsuz uçan aparat, hava hücumundan müdafiə sistemləri və radiasiya raketləri verib

Gunaz.tv

Bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti məlumat yayıb.

Qəzetin əldə etdiyi məlumata görə, ötən aylarda təşkilata 50 kamikadze pilotsuz uçan aparat təhvil verən ölkə bu dəfə PKK-ya birbaşa hava hücumundan müdafiə sistemləri və radiasiya raketləri göndərib.

Kürdüstan Yurdsevərlər Birliyi (KYB) vasitəsilə terror təşkilatına yük daşıyan İranın seçdiyi marşrut İraqın şimalında yerləşən Süleymaniyyə şəhəridir. 

Sursatları mülki təyyarə ilə Süleymaniyyə hava limanına endirilən Kamikadze pilotsuz təyyarələr Talebaninin nəzarətində olan Kürdüstan Yurdsevərlər Birliyi (KYB) vasitəsi ilə PKK-ya çatdırılıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar