SON XƏBƏRLƏR

Şimali Koreya Rusiyaya ballistik raketlər göndərib

2024.06.14, 11:53
Şimali Koreya Rusiyaya ballistik raketlər göndərib

Şimali Koreya Rusiyaya 4 milyon 800 min ədədə yaxın artilleriya mərmisi, naməlum sayda ballistik raket, eləcə də digər təyinatlı silah-sursat göndərib.

Gunaz.tv

Bunu Cənubi Koreyanın müdafiə naziri Sin Von-sik deyib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Pxenyana səfəri zamanı bu sayın artırılmasına dair razılıq əldə olunması gözlənilir.

Nazirin sözlərinə görə, bunun müqabilində rəsmi Moskva kiçik ölçülü müşahidə peykləri, habelə tank və bir neçə ədəd qırıcı təyyarə göndərib.

Qeyd edək ki, gələn həftə Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyaya səfər edəcək.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar