SON XƏBƏRLƏR

Cənubi Koreya Ukraynaya hərbi yardım göstərilməsi siyasətinə yenidən baxacaq

2024.06.20, 14:33
Cənubi Koreya Ukraynaya hərbi yardım göstərilməsi siyasətinə yenidən baxacaq

Rusiya ilə Şimali Koreya arasında xarici ölkələrin hücumlarından müdafiə paktının imzalanmasından sonra Cənubi Koreya Ukraynaya hərbi yardım göstərilməsi siyasətinə yenidən baxacaq.

Gunaz.tv

“Yonhap” agentliyinin xəbərinə görə, bu sözləri Cənubi Koreya liderinin milli təhlükəsizlik üzrə müşaviri Çan Ho Cin deyib.

O bəyan edib ki, ölkəsi Moskva ilə Pxenyanın analoji formatda yaxınlaşmasından ciddi şəkildə narahatdır:

“Şimali Koreyanın hərbi potensialının güclənməsinə yönələn istənilən əməkdaşlıq Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə ziddir. Belə olan halda analoji addımlar beynəlxalq səviyyədə sanksiyaların tətbiqi ilə nəticələnir. Hazırda mövcud siyasətimizə əsasən biz Ukraynaya silah-sursat yardımı etmirik, lakin Rusiya ilə Şimali Koreya arasında baş verənlər ölkəmizi bu siyasətə yenidən baxmağa vadar edir. Bununla bağlı hansı tədbirlərin görüləcəyi bir qədər sonra açıqlanacaq. Hazırda ölkəmizdən 1159 adda məhsulun Rusiyaya ixracına qadağa tətbiq olunub. Yaxın vaxtlarda bu siyahı 1402-yə çatdırılacaq”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar