SON XƏBƏRLƏR

Orban: NATO-nun Ukraynada hərbi missiyası olacaq

2024.06.21, 12:53
Orban: NATO-nun Ukraynada hərbi missiyası olacaq

NATO Ukraynada hərbi missiya təşkil edəcək və Macarıstan bu missiyada təmsil olunmayacaq.

Gunaz.tv

Bu barədə Macarıstan Baş naziri Viktor Orban "Kossuth" radiosuna müsahibəsində deyib.

"NATO-nun Ukraynada hərbi missiyası olacaq, lakin Macarıstan orada iştirak etməyəcək", - Orban bildirib.

O, ölkəsinin bu ideyanı maliyyə, texniki və ya hərbi personalın köməyi ilə dəstəkləməyəcəyini əlavə edib.

Baş nazir qeyd edib ki, "Avropa qatarı müharibəyə doğru gedir".

Macarıstan hökumət başçısı Donald Trampın noyabrda prezident seçilərək Ağ Evə qayıtdığı təqdirdə bu "qatarı dayandıra" biləcəyini vurğulayıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar