SON XƏBƏRLƏR

Azərbaycanlı vəkil Pezeşkiana görə döyüldü

2024.07.01, 15:15
Azərbaycanlı vəkil Pezeşkiana görə döyüldü

İran prezidentliyinə türk namizəd Məsud Pezeşkianı dəstəkləyən azərbaycanl vəkil Məhəmməd Təriqət radikal mühafizəkar siyasi cərəyanın namizədi Səid Cəlilinin tərəfdarları tərəfindən döyülüb.

Gunaz.tv

Bu barədə yerli sosial media kanallarında məlumat yayılıb.

Radikallar Məhəmməd Təriqətin avtomobilinin arxa şüşəsində Məsud Pezeşkiana səs verməyə çağıran posterin olduğuna görə ona hücum ediblər.

Yayılan videolarda hücumçuların azərbaycanlı vəkilin avtomobilini saxlayaraq onu düşürdükləri, həyat yoldaşı və azyaşlı qızının qarşısında ona güc tətbiq etdikləri görünür.

Şərqi Azərbaycan əyalətinin prokuroru Məhbub Əlilu hadisə ilə bağlı araşdırma aparıldığını deyib.

Yerli mənbələr vəkilə hücum edənlərin yarım hərbi "Bəsic" qüvvələrinin üzvü olduqlarını bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar