SON XƏBƏRLƏR

UEFA bozqurd işarəsi qaldıran Türkiyə futbolçusuna qarşı araşdırma başladıb

2024.07.03, 15:15
UEFA bozqurd işarəsi qaldıran Türkiyə futbolçusuna qarşı araşdırma başladıb

UEFA Türkiyə-Avstrya oyununda bozqurd işarəsi qaldıran futbol üzrə Türkiyə milli komandasının futbolçusu Merih Dəmirala qarşı araşdırma başladıb

Gunaz.tv

Dəmiralın qol sevincindən sonra qaldırdığı simvol Almaniya və "bozqurd" işarəsinin qadağan edildiyi Avstrya cəmiyyətində etirazlara səbəb olub.

Bundan sonra UEFA uyğunsuz davranışlarına görə futbolçu haqqında intizam araşdırması başladıb.

Məsələ ilə bağlı Almaniyanın daxili işlər naziri Nensi Fiser özünün X hesabında paylaşım edərək "bozqurd" işarəsini ifrat sağçı simvol adlandırıb və belə işarələrə stadionlarda yer olmadığını bildirb.

Əslində isə "bozqurd" işarəsi  çağdaş siyasi, mədəni ideologiyaların, dəyərlərin mövcud olmadığı minlərlə illik Türk tarixindən qaynaqlanır və heç bir siyasi məqsəd güdmür.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar