SON XƏBƏRLƏR

İrana bağlı hakerlər hücumlarını artırıb- Hədəfdə Azərbaycanda var

2024.07.17, 16:06
İrana bağlı hakerlər hücumlarını artırıb- Hədəfdə Azərbaycanda var

İran hökumətinə bğlı haker qrupu yeni kiber kampaniyada İsrail də daxil olmaqla, Yaxın Şərqin müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatları hədəfə alıb.

Gunaz.tv

Bu barədə “Çek Point” kibertəhlükəsizlik şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, “MuddyWater” kimi tanınan haker qrupu İsraildən başqa Azərbaycan, Portuqaliya, Türkiyə, Səudiyyə Ərəbistanı və Hindistan ölkələrinə də yeni özəl zərərverici proqramdan istifadə edərək hücum edib.

"Çek Point" mütəxəssislərinin araşdırmalarının nəticələrinə görə, İrana bağlı hakerlər adı çəkilən ölkələrin hökumət təşkilatlarını, bələdiyyələri, medianı və səyahət agentliklərini hədəf alıblar.

Onların sözlərinə görə, 2024-cü ilin fevralında ən son hücum kampaniyasının aşkarlanmasından bəri yüzlərlə alıcıya 50-dən çox fişinq e-poçtu göndərilib.

Bununla yanaşı "Sequoia" kibertəhlükəsizlik şirkəti də analoji hesabatda "MuddyWater" qrupunun müxtəlif qurumlara hücumlarının artdığını açıqlayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar