SON XƏBƏRLƏR

Putin Moskvada Bəşər Əsədlə görüşüb

2024.07.25, 12:33
Putin Moskvada Bəşər Əsədlə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Suriyalı həmkarı Bəşər Əsədlə ötən axşam baş tutan görüşündə əsas diqqət dünyada və Avrasiya regionunda baş verənlərə yönəldilib.

Gunaz.tv

bu barədə “İnterfax” agentliyi məlumat yayıb.

"Təbii ki, bütövlükdə regionda vəziyyətin necə inkişaf etməsi ilə bağlı fikirləriniz məni çox maraqlandırır. Təəssüf ki, vəziyyət pisləşməyə meyllidir, biz bunu görürük. Bu, birbaşa Suriyaya da aiddir”, - Putin Əsədə müraciət edərək Yaxın Şərqdəki vəziyyətlə bağlı deyib.

Bəşər Əsəd bu səfərin iki ölkə arasında diplomatik nümasibətlərin qurulmasının 80-ci ildönümünə təsadüf etdiyini xatırladıb. O deyib ki, bu müddətdə ikitərəfli əlaqələr çoxsaylı çətin sınaqlardan keçib:

“Ötən dövr ərzində ölkələrimizin daxilində çoxsaylı dəyişikliklərin şahidi olmuşuq. Lakin zaman göstərdi ki, xalqlarımızın müdrikliyi sayəsində münasibətlərimiz möhkəm etimada əsaslanan təməl prinsipləri qoruyub saxlaya bilib”

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar