SON XƏBƏRLƏR

ABŞ-da İrana təyyarə hissələri göndərən şəxs həbs edilib

2024.08.15, 10:23
ABŞ-da İrana təyyarə hissələri göndərən şəxs həbs edilib

ABŞ vətəndaşı olan İran əsilli şəxs qanunsuz şəkildə İrana təyyarə, o cümlədən hərbi təyyarələrin ehtiyat hissələrini göndərməyə çalışdığına görə həbs edilib.

Gunaz.tv

Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kaliforniyada yaşayan 68 yaşlı Cefri Çəns Nadir 14 avqustda saxlanılıb.

İttiham aktına görə, Nadir və onunla əlbir olanlar 2023-cü ildən bəri ABŞ-dan İrana 4 növ təyyarə hissələrini alıb qeyri-qanuni şəkildə ixrac etməyə çalışıblar.

Bu hissələrin bəziləri İranın hərbi təyyarələrində, o cümlədən F-4 döyüş təyyarəsində istifadə oluna bilər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar