SON XƏBƏRLƏR

İranda mədəndə partlayış - Ölənlərin sayı artıb - YENİLƏNİB

2024.09.22, 11:43
İranda mədəndə partlayış - Ölənlərin sayı artıb - YENİLƏNİB

Ötən gecə yerli vaxtla saat 21 radələrində İranın Cənubi Xorasan əyalətinin Təbəbəs şəhəri yaxınlığında yerləşən daş zaoğal mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 51-ə çatıb.

Gunaz.tv

Bu barədə Cənubi Xorasan əyalətinin Fövqəladə Hallar Mərkəzinin rəhbəri Məhəmmədəli Axundi məlumat yayıb.

Yaralıların sayının isə 20 nəfər olduğu bildirilib.

***
11:43

İranın Cənubi Xorasan əyalətinin Təbəs şəhəri yaxınlığında yerləşən daş kömür mədənində partlayış olub.

Bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin başçısı Hüseyn Kulivənd bildirib.

Məlumata görə, partlayış nəticəsində 30 işçi həlakolub, 17 nəfər yaralanıb və 24 nəfər itkin düşüb.

Təbəs şəhərinin fərmandarı Əliəkbər Rəhiminin sözlərinə görə, partlayışa səbəb mədən tunellərndə metan qazının artması səbəb olub.

İtkin düşənlərin tapılması üçün axtarış əməliyyatları aparılır.

İranın əmək və daxili işlər nazirləri hadisə yerinə gediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar