SON XƏBƏRLƏR

İran hökumətinin dəstəklədiyi insanlar "MBC" kanalının Bağdaddakı ofisinə hücum edərək, onu qarət ediblər

2024.10.19, 09:59
İran hökumətinin dəstəklədiyi insanlar "MBC" kanalının Bağdaddakı ofisinə hücum edərək, onu qarət ediblər

Səudiyyə Ərəbistanının MBC kanalının İran hökumətinin dəstəklədiyi qruplaşmaların komandirlərini “terrorçu” adlandıran reportajının yayımlanmasından sonra bu silahlı qrupların bir sıra tərəfdarlarıkanalın Bağdaddakı ofisinə hücum ediblər.

Gunaz.tv

Məlumata görə, gecə yarısından sonra təxminən 400-500 nəfər "MBC"nin Bağdaddakı ofisinə hücum edib.

İraqın Daxili İşlər Nazirliyindəki qaynaqlardan alınan məlumata görə: “Onlar elektron avadanlıq və kompüterləri dağıdıb, binanın bir hissəsini yandırıblar”. Daha sonra yanğın söndürülüb və izdiham polis tərəfindən dağıdılıb.

Qeyd edək ki, dünən axşam "MBC"də yayımlanan proqramda Qassem Soleimani, Abu Mehdi Al-Muhandis, İsmayıl Haniyə, Emad Muqniyə və Fuad Şekar kimi şəxsləri "terrorçu" adlandırıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar