SON XƏBƏRLƏR

Livanın baş naziri: İran Livan hökuməti adından danışa bilməz

2024.10.21, 13:22
Livanın baş naziri: İran Livan hökuməti adından danışa bilməz

Livanın baş naziri: İran Livan hökuməti adından danışa bilməz

Gunaz.tv

Mən başa düşürəm ki, İran danışıqları dəstəkləyir, lakin heç kim Livan hökuməti adından danışa bilməz.

Bu sözləri Livanın baş naziri Nəcib Mikati “Əl-Ərəbiyyə”yə müsahibəsində deyib.

“Mən Qalibafın müsahibəsinə baxdım və İran rəsmilərinə öz etirazımı bildirdim.” - deyə o əlavə edib.

Qalibaf iki gün öncə Fransanın "Figaro" qəzetinə verdiyi müsahibədə İranın Fransa ilə BMT-nin 1701 saylı qərarının tətbiq edilməsini müzakirə etməyə hazır olduğunu bildirmişdi.

Qeyd edək ki, 1701 saylı qətnamə Livanda vətəndaş müharibəsinin başa çatmasından sonra, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 2006-cı ilin 11 avqustunda qəbul edilib. Qətnamənin önəmli bəndlərindən biri Hizbullahın dərhal silahsızlaşdırılması haqqındadır.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar