SON XƏBƏRLƏR

Amerikanın İrana “birbaşa xəbərdarlığı”: yeni hücum olacağı təqdirdə biz İsraili saxlaya bilməyəcəyik

2024.11.03, 11:03
Amerikanın İrana “birbaşa xəbərdarlığı”: yeni hücum olacağı təqdirdə biz İsraili saxlaya bilməyəcəyik

“Axios” xəbər saytı Ağ Evin son günlər İran hökumətinə İsrailə qarşı yeni hücuma keçməməsi ilə bağlı xəbərdarlıq etdiyini yazıb. Çünki Amerika artıq İsrailin İrana hücumunun qarşısını ala bilməyəcək.

Gunaz.tv

İslam Respublikasının lideri Əli Xameneinin İranın İsrail və ABŞ-ı cavab hücumu ilə hədələməsindən sonra biz iranlıları xəbərdar etmişik ki, İsrailə növbəti hücum olarsa biz artıq İsrailin qarşısını ala bilməyəcəyik.

Qeyd edək ki, Əli Xamenei öz çıxışında İsrail və Amerikaya qarşı “diş qıran cavab” vəd etmişdi.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Əlaqələr Komitəsinin üzvü İsmayıl Kothari də dünən deyib ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının İsrailə hücuma razılıq verib, lakin bu hücumun dəqiq tarixi və əhatə dairəsi hələ müəyyən edilməyib. O, bu hücumun bölgədəki müqavimət qrupları ilə əməkdaşlıqda olacağını və ölçülərinin oktyabrın 10-da İsrailə qarşı hücumundan daha böyük olacağını bildirib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar