SON XƏBƏRLƏR

Fars mediasının COP29-a qarşı təbliğatı davam edir

2024.11.10, 11:19
Fars mediasının COP29-a qarşı təbliğatı davam edir

Anti-türk cərəyanının ən mühüm tribunalarından biri olan, anti-Azərbaycan əhval-ruhiyyəsi ilə tanınan “Məşrəq” qəzeti Bakıda keçirilən COP29 iqlim sammitində Pezeşkianın iştirak etmə ehtimalına qarşı məqalə yazıb.

Gunaz.tv

“Günün təhlili” başlığı ilə dərc olunan bu məqalədə iqlim sammitlərinin əsasən İranın maraqlarına zidd olduğu və İranın fosil enerji istehsalçısı olduğu bildirilib, İranın belə sammitlərə qarşı öhdəliyinin olmamasının vacibliyi vurğulanıb.

Məqalədə Pezişkianın Bakıya səfər edəcəyi təqdirdə "sionistlər" ilə görüşə biləcəyindən və İham Əliyevlə şəkil çəkdirməsindən narahatlıq ifadə edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Kayhan qəzetində Əli Xamneyinin nümayəndəsi Hüseyn Şəriətmədari də oxşar fikirlər bildirmişdi.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar