SON XƏBƏRLƏR

Qazaxıstan yığması İrana səfərdən imtina etdi

2024.11.22, 11:39
Qazaxıstan yığması İrana səfərdən imtina etdi

Qazaxıstan Respublikasının basketbol üzrə milli komandası İrana səfər etməkdən və Tehranda keçiriləcək Asiya Kubokunun seçmə mərhələsində iştirakdan imtina edib.

Gunaz.tv

Qazaxıstan Basketbol Federasiyasının yaydığı məlumatı İran Basketbol Federasiyası təsdiq edib.

Qazaxıstan Respublikası Basketbol Federasiyası İranla İsrail arasında hərbi gərginliyə görə beynəlxalq uçuşların ləğv edilməsini əsas gətirərək İrana səfəri ləğv etdiyini çıqlayıb.

Qazaxıstanın dünya çempionatının seçmə oyunlarında olduğu kimi, qarşılaşmaların neytral ölkədə keçirilməsini təklif edib.

Asiya Basketbol Konfederasiyası, hələlik Qazaxıstan komandasının İran səfərini ləğv etməsinə reaksiya verməyib.

Qeyd edək ki, İranın oktyabrın 1-də İsrailə raket hücumu və İranda beynəlxalq uçuşların ləğvindən sonra Asiya Futbol Konfederasiyası və FİFA da İranı Dünya Çeçmionatı-2026-nın üçüncü mərhələsinə ev sahibliyi etmək hüququndan məhrum edilib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar