SON XƏBƏRLƏR

Tramp: Kanadalılar ölkələrinin Amerikanın 51-ci ştatı olmasını istəyir

2024.12.18, 14:21
Tramp: Kanadalılar ölkələrinin Amerikanın 51-ci ştatı olmasını istəyir

“Kanada ölkəmizin 51-ci ştatı olsaydı vətəndaşlar həm vergilərə, həm də müdafiə məsələlərinə ayrılan vəsaitə xeyli qənaət etmiş olardı”.

Gunaz.tv

Bunu yanvarın 20-də ABŞ-nin prezidenti vəzifəsinin icrasına başlayacaq Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

O qeyd edib ki, kanadalıların bir çoxu məhz bunu istəyir.

D. Tramp eyni zamanda ABŞ-nin bu ölkəyə subsidiya ayırmasının qəribə olduğunu qeyd edib:

“Kimsə Kanadaya ildə 100 milyon dollardan çox vəsait ayırmağımızın səbəbini izah edə bilərmi? Bu mənasızdır! Əksər kanadalılar bu ölkənin 51-ci ştatımız olmasını arzulayır”.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar