SON XƏBƏRLƏR

Amerika Ədliyyə Nazirliyi SEPAH zabitinə cinayət işi açdı

2024.12.21, 15:36
Amerika Ədliyyə Nazirliyi SEPAH zabitinə cinayət işi açdı

Amerika Ədliyyə Nazirliyi SEPAH üzvü Məhəmməd Rza Nuriyə qarşı cinayət işi açıb.

Gunaz.tv

Bu barədə Amerika Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, SEPAH zabiti terrorizm və Stiven Troll adlı amerikalının 2022-ci il noyabrın 7-də Bağdadda öldürülməsində iştirakda günahlandırılıb.

Bildirilib ki, 45 yaşlı Stiven Troll İraqda ingilis dili müəllimi kimi işləyib və həyat yoldaşı ilə evə qayıtdığı zaman yolda güllələnərək öldürülüb. 

Əbu Abbas kimi tanınan 36 yaşlı Məhəmməd Rza Nuri isə Amerika vətəndaşı barədə məlumat toplayıb. 

Nuri, cinayəti törətdikdən sonra İrana qaçıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar