SON XƏBƏRLƏR

Rusiyanın ən böyük quru yük gəmisi partladıldı

2024.12.29, 10:49
Rusiyanın ən böyük quru yük gəmisi partladıldı

Hadisə dekabrın 24-də İspaniya və Əlcəzair arasındakı beynəlxalq sularda baş verib.

Gunaz.tv

Bu barədə siyasi ekspert Şahin Cəfərli özünün "Facebook" hesabında paylaşım edib. Eyni zamanda hadisə ilə bağlı görüntülər teleqram kanallarında yayılıb.

 

"Rusiya MN-in “Oboronlogistika” şirkətinin flaqmanı, uzunluğu 142 metr, eni 23 metr, hündürlüyü 13 metr olan “Ursa Major” adlı ro-ro gəmisi Sankt-Peterburqdan Vladivostoka gedirmiş. Sağ arxa hissəsində 3 partlayış baş verən və su almağa başlayaraq yan yatan gəmi batıb. Partlayışlar gəminin enerji sistemlərini tam sıradan çıxarıb, bu səbəbdən ekipaj ehtiyat enerji təchizatını işə sala və suyu boşalda bilməyib. 16 ekipaj üzvündən 14-ü ispanlar tərəfindən xilas edilsə də, gəminin daşıdığı qiymətli yükü xilas etmək mümkün olmayıb.

Belə ki, “Ursa Major” Almaniyada istehsal edilmiş, hər biri 380 ton olan 2 liman kranı və inşa edilməkdə olan “Rossiya” atom buzqıran gəmisinin nüvə reaktorları üçün nəzərdə tutulan 2 ədəd 45 tonluq lyuk qapağı daşıyırmış. Rusiyalı ekspertlər bu hadisənin buzqıran gəminin tikintisini azı 2 il ləngidəcəyini, kranlar olmadan Vladivostokda yeni liman terminalının istifadəyə verilməsinin mümkün olmayacağını bildirir. (Rusiya bu cür kran istehsal etmir, sanksiya səbəbi ilə Qərbdən almaq isə mümkün deyil).

"Ursa Major" Rusiya ordusu üçün hərbi yüklər daşıdığı üçün sanksiya altında idi.

Hadisənin arxasında kimin dayandığı məlum deyil. (Təxmin yürütmək olar). Görünən odur ki, Rusiyanın dəniz ticarəti də artıq təhlükəsiz deyil və onun gəmiləri beynəlxalq sularda və okeanlarda da hədəf alına bilər."

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar