SON XƏBƏRLƏR

Zelenski azərbaycanlını yüksək vəzifəyə təyin etdi

2025.01.01, 13:01
Zelenski azərbaycanlını yüksək vəzifəyə təyin etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Teymur Firudin oğlu Tkaçenkonu (Məmmədov) Kiyev şəhər hərbi administrasiyasının rəisi təyin edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bununla bağlı Vladimir Zelenski sərəncam imzalayıb.

Teymur Tkaçenko bu vəzifəyə qədər Ukrayna strateji sənayelər nazirinin müavini və Ukrayna ərazi və regional inkişaf nazirinin müavini olub.

O, Kiyev şəhərində anadan olub, burada da boya-başa çatıb.

Qeyd edək ki, Teymur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.

Qeyd edək ki, Volodimir Zelenski dekabrın 30-da Kiyev şəhəri hərbi administrasiyasının rəisi Ruslan Kravçenkonu vəzifəsindən azad etmişdi.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar