SON XƏBƏRLƏR

“Mavi Vətən-2025” hərbi təlimi BAŞLADI

2025.01.07, 11:10
“Mavi Vətən-2025” hərbi təlimi BAŞLADI

GünazTV Türkiyə mediasına istinadən xəbər verir ki, “Mavi Vətən-2025” təlimi bu gün əməliyyata hazırlıq fəaliyyətləri ilə başlayır. Təlimdə 90 gəmi, 50 təyyarə və 20 min şəxsi heyət iştirak edəcək.

Gunaz.tv

Hərbi Dəniz Qüvvələri Komandanlığının “Mavi Vətən-2025” təlimi öncəsi Kocaelinin Gölcük rayonunda yerləşən Dəniz Qüvvələri Komandanlığı Dəniz Döyüş Mərkəzində brifinq keçirilib. Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisi, kontr-admiral Kamal Kaan Türkkan təlimlə bağlı açıqlamasında bunları deyib:

 

Donanmanın gövde gösterisi... Mavi Vatan 2025

 

“Təlimdə 90 gəmi, 50 təyyarə və 20 min şəxsi heyət iştirak edəcək. Təlimdə Quru Qoşunları Komandanlığından Ümumi Təyinatlı 47 helikopterləri, Hərbi Hava Qüvvələri Komandanlığına məxsus hücum təyyarələri, havadan xəbərdarlıq və nəzarət təyyarələri, hədəf çəkmə təyyarələri və Sahil Mühafizəsi Komandanlığına məxsus 6 sahil mühafizə katerləri iştirak edəcək. Əməliyyata hazırlıqlar 7-8 yanvar tarixlərində, 9 yanvarda isə Marmaris Aksazda  müşahidəçi günü tədbirləri həyata keçiriləcək. Liman səfərləri və logistik inteqrasiya fəaliyyətləri yanvarın 10-11-də, əməliyyat hazırlığı və faktiki silah təlimləri 12-13 yanvar tarixlərində, son mərhələdə isə 14-16 yanvar tarixləri arasında əməliyyat tədbirləri həyata keçiriləcək."

 

Donanmanın gövde gösterisi... Mavi Vatan 2025

 

Hərbi təlimlər çərçivəsində "Oruçreis" radarları, hava hücumundan müdafiə sistemləri, yaxın hava hücumundan müdafiə silahları və yerli silahlarla təchiz edilmiş bütün sensorları ilə ilk dəfə təlimdə iştirak edəcək.

 

Donanmanın gövde gösterisi... Mavi Vatan 2025

 

 

Şahin Elxanoğlu

 

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar