SON XƏBƏRLƏR

İsrail İranın nüvə obyektlərini vurmağa hazırdır

2025.01.07, 13:20
İsrail İranın nüvə obyektlərini vurmağa hazırdır

İsrail cəsarətli addım atmağa və İranın nüvə obyektlərini vurmağa hazırdır, Amerikanın yeni seçilmiş Prezidenti Donald Tramp buna etiraz eləmir.

Gunaz.tv

GünazTV Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Amerikanın  “New York Post” qəzeti İsrail mənbələrinə istinadla məlumat yayıb.

İsrail rəsmiləri İranın nüvə obyektlərinin vurulmasının son dərəcə çətin olacağını, amma Təl-Əvivin lazımlı görəcəyi təqdirdə bir belə cəsarətli addım atmağa hazır olduğunu bildiriblər. Mənbələr iddia edirlər ki, Amerikanın yeni seçilmiş Prezidenti Trampın buna etirazı yoxdur.

Rəsmilər Tehranın bir ildən artıqdır davam edən münaqişələrə görə zəiflədiyini, İsrailin lazım gələrsə güc tətbiq edərək İranın nüvə potensialını məhv etmək istədiyini deyiblər.

“Ümid edirik ki, bunun qarşısını almaq üçün qeyri-hərbi bir yol var, amma olmasa, hərbi əməliyyatlara hazırıq”, - rəsmilərdən biri qeyd edib.

Mənbə Trampın bu mənada İsrailin yanında olacağına əmin olduğunu vurğulayıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar