SON XƏBƏRLƏR

Paşinyandan sərhədlərin delimitasiyası ilə bağlı açıqlama

2025.01.08, 12:46
Paşinyandan sərhədlərin delimitasiyası ilə bağlı açıqlama

Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya işlərinin davam etdirilməsinə ümid edir.

Gunaz.tv

GünazTV “Report”-a istinadla xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.

"Yanvarda görüş planlaşdırılır. 2024-cü ildəki demarkasiya üzrə müsbət təcrübə sakit, iş şəraitində inkişaf etdirilməlidir. Biz belə işə köklənmişik", - o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də bildirib ki, bu ay delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır: “Bildiyim kimi, bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır”.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar