SON XƏBƏRLƏR

KİV: “Onlar Putini danışıqalra getməməyə çağırır”

2025.01.10, 14:31
KİV: “Onlar Putini danışıqalra getməməyə çağırır”

Rusiyanın yüksək rütbəli təhlükəsizlik rəsmiləri və hərbçiləri Vladimir Putini müharibənin dayandırılması üçün danışıqlara getməməyə, əksinə, hərbi əməliyyatları gücləndirməyə sövq edir.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Rusiya təhlükəsizlik rəsmiləri böyük itkilərə baxmayaraq, danışıqlara razılıq verməkdənsə, Ukraynada hərbi əməliyyatları intensivləşdirməyi zəruri hesab edirlər.

Mütəxəssislər bildirirlər ki, 2024-cü ilin sentyabr, oktyabr və noyabr aylarındakı üç aylıq sürətli ərazi qazanmalarından və əhəmiyyətli şəxsi heyət itkilərindən sonra dekabrda rus qoşunlarının orta gündəlik irəliləyişi təxminən doqquz kvadrat kilometrə qədər yavaşlayıb.

ISW qeyd edib ki, buna baxmayaraq, Rusiya təhlükəsizlik xidmətləri və hərbi rəsmiləri itkilərə görə müharibəni bitirməyə hazır deyillər. Onlar Putini müharibə səylərini gücləndirməyə çağırır, döyüş meydanını canlı qüvvə və texnika ilə doldurmaq üçün ehtiyatların cəlb olunmasını təklif edirlər.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar