SON XƏBƏRLƏR

Bayden və Zelenski arasında telefon danışığı olub

2025.01.11, 11:54
Bayden və Zelenski arasında telefon danışığı olub

Ukrayna prezidenti Volodimir Zelenski 10 yanvar Cümə günü ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Zelenski Telegram hesabında məlumat verib.

Zelenski Baydenlə Rusiyanın enerji sektoru üzərində yeni sanksiya paketini müzakirə edib. Sanksiyalar, Rusiya prezidenti Vladimir Putinə müharibəni maliyyələşdirməkdə kömək edən "Qazpromneft" və "Surgutnefteqaz" kimi şirkətləri hədəf alır. Zelenski qeyd edib ki, bu sanksiyalar Rusiyanı müharibənin maliyyətini hiss etməyə və Putin üçün maliyyə itkilərinə səbəb olacaq.

O, həmçinin ABŞ-a, həmçinin Konqresin hər iki palatasına Rusiyaya qarşı ədalətli təzyiq göstərdikləri üçün təşəkkür edib. "Biz birgə, beynəlxalq ictimaiyyəti birləşdirərək azadlıq və beynəlxalq sülh prinsiplərini müdafiə edən qlobal bir koalisya yaratdıq. Biz mütləq mübarizə aparacaq, ölkəmiz və xalqımız üçün davamlı sülh əldə edəcəyik", - deyə Ukrayna prezidenti vurğulayıb.  

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar